Gənc kişilər üçün ciddi təhlükə: Varikosel

  • 2026.04.03 18:34
  • 332 Baxış
Gənc kişilər üçün ciddi təhlükə:  Varikosel

Çox vaxt qiymətləndirilməyən bir vəziyyət olan varikosel, kişilərdə sonsuzluq və xaya ağrısının ümumi səbəbidir. Xayaları təmin edən damarların genişlənməsi kimi tanınan bu vəziyyət, xüsusilə gənc kişiləri səssizcə təhdid edir.

Medicina.az xəbər verir ki, varikosel, xayaları təmin edən damarlarda genişlənmə və qan yığılması nəticəsində yaranır.

Çox vaxt simptomlar olmadan irəliləsə də, bəzi xəstələrdə ağrı və sonsuzluğa səbəb ola bilər.

15-25 yaşlı kişilərdə daha çox rast gəlinir.

Türkiyəli uroloq Prof. Dr. Erkurt mövzu ilə bağlı mühüm açıqlamalar verib.

Erkurt hər varikoselin müalicə tələb etmədiyini bildirib: "əgər xaya ağrısı, yetkinlik dövründə kiçik xayalar, gözə çarpan damar quruluşu və ya sonsuzluq varsa, mütləq qiymətləndirilməlidir."

Fiziki müayinə və rəngli Doppler ultrasəs müayinəsi ilə diaqnozun asanlıqla qoyula biləcəyini bildirən Prof. Dr. Erkurt əlavə edib:

“Varikosel üçün dərman müalicəsi yoxdur. Problemli damarlar təxminən 20-30 dəqiqə davam edən əməliyyatla düzəldilir. Xəstələr qısa müddət ərzində gündəlik həyatlarına qayıda bilərlər. Mikrocərrahi üsullarla aparılan əməliyyatlarda uğur nisbəti olduqca yüksəkdir.

Əməliyyatdan sonra sperma keyfiyyətində 50-70% artım əldə etmək olar. Təbii hamiləlik nisbətlərinin 30-50%-ə çata biləcəyini görürük. Varikosel müalicəsi cinsi həyata mənfi təsir göstərmir və xəstələrin bu barədə lazımsız narahatlıqları olmamalıdır.”

Professor bildirib ki, uşaq sahibi ola bilməyən kişilər mütləq müayinədən keçməlidirlər:

"Xaya venalarının genişlənməsi ilə özünü göstərən varikosel həmişə müalicə tələb etmir. Ağrı, xayanın kiçilməsi və ya sonsuzluq varsa, cərrahiyyə əməliyyatı nəzərdən keçirilir. Diaqnoz asandır və qısa müddətdə tamamlanan cərrahiyyə əməliyyatı ilə müalicə mümkündür”.

Aygün
Medicina.az