Kişinin sevgisinin yalan olduğunu göstərən 10 əlamət

  • 2026.04.03 17:12
  • 107 Baxış
Kişinin sevgisinin yalan olduğunu göstərən  10 əlamət

Sevgi” sözlə yox, davranışla ölçülür. Əgər davranışlar uyğun gəlmirsə, çox vaxt orada ya oyun var, ya da maraq başqa şeyə yönəlib.

Medicina.az münasibətdə sevgi olmadığını göstərən əsas siqnalları araşdırıb.


1. Söz var, əməl yoxdur

“Səni çox sevirəm” deyir , amma vaxt ayırmır, plan qurmur
Sevgi zaman və diqqət tələb edir

2. Səni yalnız “boş və rahat olanda” xatırlayır

boş vaxtında yazır
özü darıxanda gəlir.

Bu, sevgi yox, ehtiyacdır.

3. Gələcək haqqında qeyri-müəyyəndir

birgə planlardan qaçır
“görərik”, “vaxt göstərər” deyir.

Sevən kişi dəqiqlik gətirir.

4. Sənin hisslərini kiçildir

“şişirdirsən”
“problem yaratma” deyir.

Bu, emosional məsuliyyətsizlikdir

5. Səni hər kəsdən gizli saxlayır

dostlarına təqdim etmir
sosial həyatda yoxsan.

Sevgidə qürurlanmaq və paylaşmaq istəyi olur.

6. Davranışı dəyişkəndir (isti-soyuq)

bir gün çox yaxın
bir gün uzaq

Bu, çox vaxt manipulyasiya üsuludur.

7. Səni günahkar hiss etdirir

problem o yaradır, amma sən üzr istəyirsən

Bu, artıq psixoloji oyundur.

8. Sənə uyğunlaşmır, amma sən dəyişirsən

sən onu itirməmək üçün dəyişirsən, amma o yenə də razı deyil.

Bu, balanssız münasibətdir.

9. Çətin anında yanında olmur

problem olanda yoxa çıxır
amma yaxşı günlərdə var.

10. Sən daim “şübhə içindəsən”
içində narahatlıq var
“nəsə düz deyil” hiss edirsən.

Əgər sən:
özünü narahat hiss edirsənsə
dəyərsiz hiss edirsənsə
daim düşünürsənsə “sevir ya yox?”
bu artıq sağlam münasibət deyil.

Aygün M.