Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) demensiya riskini azaltmaq üçün yeni tövsiyələr yayıb.
Medicina.az xəbər verir ki, qurum xəstəliyin təxminən 45 faizi sağlam həyat tərzi ilə əlaqəli risk amillərinin aradan qaldırılması hesabına qarşısı alına biləcəyini bildirib.
Belə ki, müntəzəm fiziki aktivlik, sağlam qidalanma, siqaret və alkoqoldan uzaq durmaq, sosial həyatda aktiv olmaq, zehni məşqlər etmək, həmçinin yüksək qan təzyiqi, diabet və xolesterini nəzarətdə saxlamağı tövsiyə edir.
Təşkilat eyni zamanda bildirib ki, omeqa-3, B və E vitaminləri, eləcə də multivitaminlərin demensiyanın qarşısını aldığına dair kifayət qədər elmi sübut yoxdur.
Qeyd edək ki, hazırda dünyada 57 milyondan çox insan demensiyadan əziyyət çəkir və hər il təxminən 10 milyon yeni xəstə qeydə alınır.
Xanım,
Medicina.az