Uzun ömür üçün 8 sağlam vərdiş

  • 2026.07.17 16:59
  • 293 Baxış
Uzun ömür üçün 8 sağlam vərdiş

Gündəlik həyata daxil edilən 8 sağlam vərdiş insanın ömrünü uzada bilər. Alimlər bildirirlər ki, hətta bu vərdişlərdən yalnız bir neçəsini tətbiq etmək belə sağlamlığa müsbət təsir göstərir.

Araşdırmada 700 mindən çox insanın məlumatları araşdırılıb və uzun ömürlə əlaqəli əsas vərdişlər müəyyən edilib.

Medicina.az bu vərdişləri təqdim edir:

- Siqaretdən uzaq durmaq
- Müntəzəm hərəkət etmək
- Spirtli içkiləri həddindən artıq qəbul etməmək
- Keyfiyyətli yatmaq
- Sağlam qidalanmaq
- Stressi idarə etmək
- Güclü sosial əlaqələr qurmaq
- Opioidlərdən sui-istifadə etməmək

Mütəxəssislər xüsusilə fiziki aktivlik, sağlam qidalanma, yaxşı yuxu və siqareti tərgitməyin ürək xəstəlikləri riskini azaltdığını vurğulayırlar.

Araşdırmaya görə, 40 yaşında bütün bu vərdişləri tətbiq edən insanların ömrü daha uzun ola bilər. Lakin sağlam həyat tərzinə başlamaq üçün heç vaxt gec deyil — kiçik dəyişikliklər belə zamanla böyük fayda verə bilər.

Pakizə,
Medicina.az