15 fevral : Dünya Uşaq Onkoloji xəstəliklər günü- Uşaqlarda xərçəngin əlamətləri

  • 2023.02.15 15:57
  • 2413 Baxış
15 fevral : Dünya Uşaq Onkoloji xəstəliklər günü -  Uşaqlarda xərçəngin əlamətləri

Fenralın 15-i dünyada Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir. Bu tarix ilk dəfə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib.


Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 400 min uşağa və 20 yaşınadək yeniyetmə xərçəng xəstəliyinə mübtəla olur. Hər il təxminən 100 min uşaq xərçəng xəstəliyindən vəfat edir.

"Medicina" uşaqlarda onkoloji xəstəliyin başladığının ilkin əlamətlərini təqdim edir.

Xərçəngin erkən mərhələsində uşaqlar daha çox narahatlıqlar hiss edir.

Tez-tez hərarəti qalxır, qarını şişir, burundan qanaxma, ürəkbulanma, qusma olur.


“Maskalanmış simptomlar var. Bədəndə naməlum göyərmələr, səpkilər, hərarətin qalxıb enməsi, antibiotiklə düşməyən qızdırma, sümüklərdə ağrılar, qaraciyərin böyüməsi, dalaqda böyümə, ağrılı limfa düyünləri hər bir valideynin diqqətini çəkməlidir”.

Azərbaycanda uşaqlar arasında daha çox qeydə alınan qan xərçəngi leykozun ilk başda əlamətlərini təqdim edir:


1. Təngnəfəslik, nəfəsin tıxanması, gəzəndə nəfəsin çatmaması, tövşümə

Leykoz zamanı qanda trombositlərin miqdarı kəskin azalır, ona görə ağciyər və orqanlara oksigen təminatı pozulur. İnsan əvvəl iş görəndə, çox gəzəndə, daha sonra elə ev içində, sakit halında tövşüyür, nəfəsi sanki çatmır, təngnəfəs olur.

2. Tez yorulur, xroniki halsızlıq

Qanda trombositlərin az olması yorğunluğu artırır, insan yerindən qalxmağa ərinir.

3. Bədən səthində irili-xırdalı göyərmələr

Əgər bir yerə bərk toxunmadan, yatıb səhəri qalxıb qollar, diz, bel, ayaqlarda göyərmələr, qançırlar görürsünüzsə bu artıq trombositlərə bağlı simpomdur. Bir səbəbi də leykozdur.

4. Limfa düyünlərinin böyüməsi

Limfa düyünləri bir çox xəstəliklərdə, iltihabda şişdiyinə görə şişib sonra çəkilir. Ona görə bu əlamət sizi qorxutmasın. Amma əgər limfa düyünləri ilin 3-5 ayını elə böyük, şiş qalırsa və yaxşılaşma olmursa, bu artıq ciddi səbəbdir.

5. Dəridə qırmızı nöqtə və ləkələrin yaranması

Bu ləkələr uzun müddət getmir və əksinə artır.

6. Gecələr tərləmə

Qızdırma olmasa da gecələr səbəbsiz tərləmə də leykoza işarə ola bilər

7. Burundan qan açılma, yaraların gec sağalması

Qanın laxtalanması pozulduğu üçün qan çox duru olur və burundan tez-tez qan açılır.

Əgər siz bu əlamətlərdən ibarət kliniki təzahür və mənzərə görsəniz, o zaman təcili həkimə müraciət edin.

Aygün Musayeva