Payız başlayanda insan orqanizminə xas olan müqavimət qabiliyyəti zəifləyə bilər.
“Medicina” xəbər verir ki, İnteria (Polşa) nəşrinin məlumatına görə, payızda havanın dəyişməsi, günəş işığının az olması, daha çox soyuq və mövsümi infeksiyaların aktivləşməsi zamanı immun sisteminin gücü azala bilər.
"İmmunitetin azalması ağızın ətrafında və içərisində qəfil baş verən dəyişikliklərlə özünü göstərir.
Xüsusilə, dil, həmçinin badamcıqlar və damağın arxa divarı ərplə örtülə bilər. Bundan əlavə, immunitet sistemi pisləşdikdə, dodaqlarda herpes çıxır.
Digər əlamət həddindən artıq yuxululuqdur. Xroniki yorğunluq hissi ilə bağlı şikayətlər başlayır.
Həmçinin, kiçik infeksiyaların tezliyinin artması, zədələndikdə dərinin daha gec sağalması ilə göstərilir. Həssaslığın artması səbəbindən dəri bütövlükdə bir çox qıcıqlanmaya həssas olur. Bundan əlavə, saç tökülməsi və dırnaqlarda qırılma, ləkələr problemli ola bilər”.
Aygün Musayeva