6 ay matça çayı içən qız xəstəxanalıq oldu

  • 2025.09.16 22:19
  • 178 Baxış
6 ay matça çayı içən qız     xəstəxanalıq oldu



Lynn Shazin adlı qadının matça çayına aludəçiliyi sağlamlığında problemlə nəticələndi.


“Medicina” xəbər verir ki, bir gün o, titrəmə, sürətli ürək döyüntüsü kimi xoşagəlməz simptomlarla üzləşir.

Əvvəllər qan azlığından əziyyət çəkən Linn xəstəxanaya müraciət edəndə onun qanında dəmirin səviyyəsinin demək olar ki, yarıya qədər azaldığı məlum olub.

Həkimlər dəmir səviyyəsini bərpa etmək üçün dəmir preparatları təyin etdilər. Mütəxəssislər bildirib ki, yaşıl çay (o cümlədən matcha) qidadan alınan dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane ola bilər, ona görə onları çox içmək olmaz.




Aygün Musayeva
medicina.az