278 yeni yoluxma faktı qeydə alındı

  • 27 Fev 2021 17:13
  • 731 Baxış
278 yeni yoluxma faktı qeydə alındı
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.


Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 234 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 651 nəfər müalicə olunaraq sağalıb, 3 218 nəfər vəfat edib. Hazırda 2 398 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 873, bu günə qədər isə ümumilikdə 2 591 235 test icra olunub.