Türkiyədə Adanada gölməçədə cəsədi tapılan Bahar Aksütün münasibətdə olduğu kənd muxtarı Mustafa Arıkan tərəfindən öldürüldüyü ortaya çıxıb.
Medicina.az xəbər verir ki, Adanada Kürebeli gölməçəsində cəsədi tapılan bir uşaq anası Bahar Aksütün (27) münasibətdə olduğu Tufanbeyli rayonundakı Yeni Cami Məhəlləsinin kənd muxtarı Mustafa Arıkan (44) tərəfindən bıçaqlayaraq öldürüldüyü ortaya çıxıb. Arıkanın Aksütün abort etdirməkdən imtina etdiyi üçün öldürdüyü iddia edilir.
5 apreldə Tufanbeyli rayonunun Kürebeli yaylasında heyvan otaran çobanlar gölməçədə hərəkətsiz uzanmış bir qadını görüb jandarmaya xəbər veriblər. Qətlə yetirildiyi müəyyən edilən qadının cəsədi əraziyə göndərilən qruplar tərəfindən aparılan araşdırmadan sonra yarılma üçün Adana Məhkəmə Tibbi Ekspertizası morquna aparılıb.
Hadisə ilə bağlı başlanan araşdırmada cəsədin 9 gün əvvəl yoxa çıxan və o vaxtdan bəri xəbər alınmayan Bahar Aksütə məxsus olduğu müəyyən edilib. Ərzincandan Tufanbeyliyə gəldiyi bildirilən Aksüt rayondakı bir barda ofisiant işləyib və bir uşaq anası olub. Yarılma zamanı onun hamilə olduğu və gölməçəyə atılmadan əvvəl 8 bıçaq yarası ilə öldürüldüyü məlum olub.
Vilət Jandarma Komandanlığı qrupları tərəfindən araşdırma başlanıb. Aksütün rayondakı Yeni Cami məhəlləsinin muxtarı Mustafa Arıkanla münasibətdə olduğu müəyyən edildi. Bu məlumatlara əsaslanaraq araşdırmanı genişləndirən jandarma, Aksütün kənd muxtarı Arıkandan hamilə olduğunu və Arıkanın ona abort etdirmək üçün təzyiq göstərdiyini müəyyən etdi. Bundan sonra, iki uşaq atası olan evli Arıkan nəzarətə alınaraq, həbs olunub.
Aygün
Medicina.az