Alimlər beyin hüceyrələri yetişdirməyin yolunu tapdılar

  • 2023.11.29 15:30
  • 886 Baxış
Alimlər beyin hüceyrələri yetişdirməyin  yolunu tapdılar

Rusiyanın Belqorod universitetinin alimləri baş beyin hüceyrələri yetişdirən yeni texnologiya icad ediblər.

“Medicina” xəbər verir ki, bu cihaz sayəsində beyin hüceyrələrini öldürən neyrotoksin və neyroprotektorları təsirini izləmək mümkün olacaq.

Genetiklər 18 günlük embrion və siçan balasının neyronlarını yetişdiriblər.

Hipokamp – beynin yaddaş və informasiya hissəsidir.

Yeni metod müxtəlif növ neyronlar yetişdirməyə imkan verib.

Metod vasitəsilə müxtəlif dərmanların beyinə təsiri test olunacaq.

Aygün