Alimlər sübut etdi - Kişilər ağıllı qadından qorxur

  • 2025.09.04 18:35
  • 87 Baxış
Alimlər sübut etdi   - Kişilər ağıllı qadından qorxur

Alimlər sübut ediblər ki, ağıllı qadınlar kişiləri qaçırdır və qorxudur.


“Medicina” xəbər verir ki, ABŞ-dan olan psixoloqların araşdırmaları kişilərin ağıllı qadınlardan qorxduğunu sübut etməyə imkan verib.

Statistika göstərir ki, kişilər intellektlə gözəllik arasında seçim edərkən gözəlliyi seçəcəklər, hətta beyni, ağlı olan yaraşıqlı xanımlar belə bu rəqabətdə uduzur.

Alimlər deyirlər ki, gözəl və ağıllı qadın kişi üçün ikiqat maraqlı olmalıdır, lakin bunun əksi ortaya çıxdı, kişilər gözəl, lakin axmaq qadına, ya da intelekti az olan qadına üstünlük verəcəklər.

Statistikaya görə, kişilərin çoxu ilk növbədə qadının gözəlliyinə diqqət yetirir və xanımın yüksək intellekt səviyyəsinə malik olduğunu başa düşən kimi maraqları azalır.

Amma qadınların belə bir problemi yoxdur, əksinə, onlar ağıllı kişiləri axmaqlardan daha cəlbedici hesab edirlər, lakin kişilər xanımın zəkasının onları narahat etmədiyini desələr də, əslində belə bir qadınla münasibətini davam etdirməkdən çəkinəcəklər. Bu, kişinin şüurlu olaraq axmaq qadın axtaracağı anlamına gəlmir, bu, şüursuz səviyyədə baş verir.

Təcrübə zamanı ilk görüşdən sonra kişilər qadının ondan daha ağıllı olduğunu başa düşdükləri halda ondan uzaqlaşmağa başlayıblar.

Bir müddət sonra bəşəriyyətin güclü yarısının nümayəndələri ağıllı qadınları tərk edir və orta zəkaya malik və ya tamamilə axmaq, eyni zamanda gözəl olan qadınları tapıb seçirlər.


Aygün Musayeva