Arterial Hipertoniya – Səssiz təhlükə

  • 2026.07.07 08:40
  • 260 Baxış
Arterial Hipertoniya –  Səssiz təhlükə

Arterial hipertenziya (yüksək qan təzyiqi) uzun müddət heç bir əlamət vermədən ürək, beyin, böyrəklər və gözlərə zərər verə bilər. Buna görə də ona tez-tez "səssiz təhlükə" deyilir.

Medicina.az təqdim edir:

Kimlər risk altındadır?

• 40 yaşdan yuxarı şəxslər
• Artıq çəkisi olanlar
• Duzlu qidaları çox qəbul edənlər
• Fiziki aktivliyi az olanlar
• Siqaret çəkənlər
• Ailəsində yüksək təzyiq olanlar



Mümkün əlamətlər

• Baş ağrısı
• Başgicəllənmə
• Göz önündə bulanıqlıq
• Burun qanaması
• Ürəkdöyünmə

Qeyd etmək lazımdır ki, bir çox insanda heç bir əlamət olmaya bilər.

Qarşısını necə almaq olar?

• Duz qəbulunu azaldın.
• Sağlam və balanslı qidalanın.
• Mütəmadi fiziki aktiv olun.
• Siqaret və alkoqoldan uzaq durun.
• Çəkinizi nəzarətdə saxlayın.
• Təzyiqinizi müntəzəm ölçdürün.

Unutmayın: Yüksək qan təzyiqinin erkən aşkarlanması infarkt və insult riskini əhəmiyyətli dərəcədə azalda bilər. Şübhəniz varsa, həkimə müraciət edin.


Aygün
Medicina.az