Avropa Birliyindən peyvənd çağırışı: 4-cü dozanı da vurdurun!

  • 2022.07.13 15:13
  • 1398 Baxış
Avropa Birliyindən peyvənd çağırışı:  4-cü dozanı da vurdurun!

Avropa Dərman vasitələrinə nəzarət Agentliyi yaşı 60-dan yuxarı insanlara 4-cü doza koronavirus vaksini vurdurmağı tövsiyə edir.


Bakupost.az xəbər verir ki, buna səbəb Omikronun yeni dalğasının qapıda olmasıdır.

Belə ki, Avropada sentyabra yoluxanların artacağı gözlənilir.


90% ölkələrdə risk qrupundan olan insanlar buster dozada qalıb.

Agentlik 60 yaşdan yuxarılara üçüncü dozadan 4 ay keçdikdən sonra 4-cü dozanı vurdurmağı məsləhət görür.
Gənc avropalılara isə hələlik belə təminat yoxdur.