Avropada Omikronun yeni alt variantı aşkarlandı

  • 2022.05.06 15:07
  • 2360 Baxış
Avropada Omikronun yeni alt variantı aşkarlandı

Danimarkada omikron ştamının yeni alt variantlarına yoluxma halları qeydə alınıb.


Medicina.az məlumatına görə, bu barədə Danimarkanın Dövlət Serum İnstitutu bildirib.


Qeyd olunur ki, söhbət koronavirusun BA.4, BA.5 və BA.2.12.1 alt variantlarından gedir. İlk iki variantın CAR və ABŞ-da geniş yayıldığı deyilir.



Ötən həftə Danimarkada qeydə alınan yoluxmaların təxminən 99 faizinin BA.2 variantına yoluxma olduğu bildirilib.