2 aydır yemək yeyə bilməyən qadın belə xilas edildi

  • 2024.06.04 17:56
  • 571 Baxış
2 aydır yemək yeyə bilməyən qadın  belə xilas edildi
Rusiya həkimləri naməlum səbəbdən 2 aydır qida qəbul edə bilməyən qadını əməliyyat ediblər.


“Medicina” xəbər verir ki, Buryatinada Semaşko adına xəstəxanaya 45 kq-a qədər arıqlayan xəstə gətirilir.


Qadın bildirib ki, əvvəlcə 2-3 gün qusma olub və qəfildən iştahı itib.

2 ay ərzində müxtəlif müalicələrdən keçib, lakin faydası olmayıb. Cərrahlar onda mədənin bir hissəsinin ktirik həddə daralması diaqnozu qoyub.

4 cərrahın iştirakı ilə əməliyyatda əvvəlcə xəstəyə enteostoma qoyulub, bura kənardan maye qida qoyularaq, mədəyə ötürülüb, 2 ay sonra mədənin daralmış hissəsi kəsilib.


Qeyd olunub ki, mədənin bir hissəsi qaynar maye və ya qida səbəbindən yanıq xəsarəti alaraq daralıb. Iki mərhələli əməliyyatdan sonra qadın normal qidalanmağa başlayıb.

Aygün Musayeva