Sifətin bir tərəfinin əyilməsi, göz qapağının tam bağlanmaması, ağız kənarında dəyişiklik və qidalanma çətinliyi... Bunlar üz iflicinin insan həyatına təsir edən əsas əlamətlərindəndir. Bu vəziyyət yalnız xarici görünüşdə deyil, danışıq, yemək və gündəlik fəaliyyətlərdə də ciddi məhdudiyyətlər yaradır.
Medicina.az xəbər verir ki, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə müraciət edən pasiyent də oxşar problemlərlə üzləşib. Onun sözlərinə görə, sifətinin bir tərəfi əyilib, ağız kənarı aşağı düşüb, sağ gözündə dəyişiklik yaranıb. Pasiyent həmçinin yemək yeyə bilmədiyini bildirib. Pasiyentin hekayəsini izləmək üçün Mərkəzin
İnstagram paylaşımına baxa bilərsiniz.
Xəstənin vəziyyəti həkimlər tərəfindən qiymətləndirildikdən sonra fərdi müalicə proqramı hazırlanıb. Müalicədə ənənəvi tibbi yanaşma ilə yanaşı, inteqrativ üsullardan da istifadə olunub.
Üz iflicində akupunktura və ozon terapiya
İnteqrativ yanaşmanın əsas üstünlüyü problemin kök səbəblərini müəyyənləşdirməyə və müxtəlif müalicə üsullarını vahid strategiyada birləşdirməyə yönəlməsidir. Kompleks yanaşma nəticəsində bərpa prosesinin daha sürətli və effektiv aparılması, hətta aksonal sinir zədələnmələrinin olduğu hallarda da müsbət nəticələr əldə edilməsi hədəflənir.
Xəstənin inteqrativ müalicə proqramına akupunktura, elektroakupunktura və ozon terapiya daxil edilib. Akupunktur terapiya zamanı təbii tərkibli, nanotexnologiyalarla hazırlanmış biotənzimləyici preparatlar xüsusi nöqtələrə yeridilərək üz sinirində tam bərpa hədəflənir. Bu üsul vasitəsilə patalogiyanın təkrarlanması ehtimalı minimuma endirilir.
Tətbiq olunan üsullar pasiyentin klinik vəziyyəti və fərdi ehtiyacları nəzərə alınaraq müəyyənləşdirilib.
İnteqrativ Müalicə Mərkəzindən verilən məlumata görə, müalicə prosesinin gedişində üz əzələlərinin hərəkətində tədricən yaxşılaşma müşahidə olunub. Bir ayın sonunda üz sinirlərinin funksiyasında bərpa və mimik hərəkətlərdə nəzərəçarpacaq müsbət dinamika əldə edilib.
İnteqrativ müalicə mütəxəssisləri qeyd edirlər ki, üz nahiyəsində yaranan zəiflik və asimmetriyanın səbəbi vaxtında müəyyənləşdirilməli, müalicə taktikasını seçərkən pasiyentin fərdi vəziyyəti nəzərə alınmalıdır.
Kompleks yanaşma və sürətli sağalma üçün Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə müraciət edə bilərsiniz.
Ünvan:
Nəsimi ray., Seyid Cəfər Pişəvari küçəsi 110 (Memar Əcəmi m/st yaxınlığı)
Əlaqə nömrələri:
(050) 430 89 89
(055) 430 89 89
(070) 430 89 89