Türkiyəli prof. Dr. Oytun Erbaş son dövrlərin ən vacib sağlamlıq problemlərindən biri olan autizmin artmasına hansı şərtlərin səbəb olduğu sualını cavablandırıb.
Medicina.az xəbər verir ki, Erbaş açıqlamasında son zamanlar, xüsusən də körpələrdə artan autizm məsələsinə toxunub.
"Autizmin artmasının ən böyük səbəbi nədir?" suala cavab olaraq Erbaş bildirib ki, hamiləlik dövründə anaların güclü kimyəvi maddələrə məruz qalması xəstəliyin ən böyük səbəbidir:
"Autizmin artmasının ən böyük səbəbi anaların təmiz hamiləlik keçirməməsidir. Analar yuxusuzdurlar, analar nəqliyyatdadırlar, analar iş həyatında, kimyəvi maddələrdə, infeksiyalardadırlar - bunların hamısı autizmə təsir edən amillərdir. Nəticədə, analar çox şeyə qarışdıqları üçün çoxlu kimyəvi maddələrə məruz qalırlar. Əvvəllər belə idimi? Analar dinc hamiləlik keçirirdilər. Buna görə də autizm eksponensial olaraq artır:.
Aygün
Medicina.az