30 illik nevroloji təcrübəyə malik həkim David Dodick beyin sağlamlığı üçün xüsusilə alkoqol qəbuluna diqqət etməyi tövsiyə edir.
Medicina.az xəbər verir ki, alkoqolun müntəzəm və yüksək miqdarda istifadəsi yaddaş zəifləməsi, demensiya və insult riskinin artması ilə əlaqələndirilir. Alkoqol beyində yaddaş və digər koqnitiv funksiyalarda mühüm rol oynayan nahiyələrin fəaliyyətinə təsir göstərə bilər.
Həkim beynin sağlamlığını qorumaq üçün tərəvəz, meyvə, paxlalılar, balıq və qoz-fındıqla zəngin qidalanmağı, həmçinin alkoqolsuz günlərin sayını artırmağı məsləhət görür.
Xanım,
Medicina.az