65 yaşlı pasiyentin 7 mm-lik disk yırtığı inteqrativ müalicədən sonra 5 mm-ə qədər kiçildi, ağrıları isə 90% azaldı.
Medicina.az xəbər verir ki, disk yırtığı aşkarlanan pasiyentlərin bir qismi diaqnozu eşidən kimi əməliyyat barədə düşünür. Əslində isə, yalnız MRT nəticəsi cərrahi müdaxilə barədə qərar vermək üçün kifayət deyil. Pasiyentin şikayətləri, nevroloji vəziyyəti və yırtığın xüsusiyyətləri kompleks şəkildə qiymətləndirilməlidir.
Bioloji Təbabət İnteqrativ Tibb Mərkəzinə disk yırtığı ilə müraciət edən pasiyentlərdən birində bel nahiyəsində təxminən 7 millimetr ölçüdə sekvestr olunmuş disk yırtığı aşkarlanıb. Daha əvvəl pasiyentə əməliyyat təklif edilsə də, aparılan ətraflı nevroloji qiymətləndirmə nəticəsində təcili cərrahi müdaxilə göstərişinin olmadığı müəyyən edilib.
İnteqrativ tibb mütəxəssisi, nevroloq Ülviyyə Səlimova pasiyent üçün fərdi və kompleks əməliyyatsız inteqrativ müalicə proqramı tətbiq edib.
Müalicə prosesinin nəticəsində pasiyentin ağrılarında əhəmiyyətli azalma və hərəkət imkanlarında yaxşılaşma müşahidə edilib. 6 ay sonra aparılan təkrar MRT müayinəsində isə disk yırtığının ölçüsünün 7 millimetrdən 5 millimetrə qədər azaldığı müəyyən olunub. Pasiyentin hekayəsini izləmək üçün klinikanın Instagram paylaşımına nəzər yetirə bilərsiniz.
İnteqrativ tibb mütəxəssisi, nevroloq Ülviyyə Səlimova qeyd edir ki, disk yırtığının müalicə taktikasının müəyyənləşdirilməsi hər pasiyent üçün fərdi yanaşma tələb edir. Əməliyyatsız müalicənin mümkün olub-olmaması klinik əlamətlər, nevroloji müayinə və görüntüləmə nəticələri əsasında həkim tərəfindən qiymətləndirilməlidir.
Qeyd edək ki, Bioloji Təbabət İnteqrativ Tibb Mərkəzində disk yırtığı olan pasiyentlərin vəziyyəti kompleks şəkildə qiymətləndirilir və uyğun hallarda fərdi inteqrativ müalicə proqramları tətbiq edilir.
Ünvan:
Nəsimi ray., Seyid Cəfər Pişəvari küçəsi 110 (Memar Əcəmi m/st yaxınlığı)
Əlaqə nömrələri:
(050) 430 89 89
(055) 430 89 89
(070) 430 89 89