5 aydır komada olan oğlan evə buraxıldı

  • 2024.05.08 17:22
  • 634 Baxış
5 aydır komada olan oğlan evə buraxıldı

Qəflətən huşunu itirdiyi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilən 29 yaşlı pasiyent sağlamlığına qovuşub08.05.2024 14:56
Respublika Neyrocərrahiyyə Xəstəxanasına qəflətən huşunu itirməsinə görə gətirilən 29 yaşlı pasiyent 5 aydan sonra ambulator müalicə üçün evə buraxılıb.

"Medicina" xəbər verir ki, KT müayinəsinə əsasən sağ alın payının beyindaxili hematoması, AVM qanama aşkar edilib.

Elşən Hüseynzadə təcili əməliyyat olunmasına baxmayaraq vəziyyəti ağır olaraq qiymətləndirilib və tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində 5 ay stasionar müalicə alıb.

Pasiyent həkim-neyrocərrah Elşən Hüseynzadə, anestezioloq-reanimatoloq Elza Qasımova və Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri Polina Əliyeva (həkim-infeksionist) tərəfindən müalicə olunaraq koma vəziyyətindən çıxıb. Hazırda pasiyentin vəziyyəti qənaətbəxş olduqdan sonra ambulator müalicə üçün evə yazılıb.

MEDİCİNA.AZ