Ayaqlarda damar ulduzcuqları 2 səbəbdən yaranır

  • 2024.05.30 20:00
  • 558 Baxış
Ayaqlarda damar ulduzcuqları   2 səbəbdən yaranır

Bədəndə ulduzcuq kimi səpələnmiş damar torları daxili orqanlardan ən azı ikisində problem olduğunu göstərə bilər.


“Medicina” xəbər verir ki, həkim Nina Zubova onların varikozdan olmadığını deyib.


“İş ondadır ki, varikoz bu vəziyyətin səbəbkarı deyil. Hörümçək toru kimi səpələnmiş damarlar kosmetik defektdir. 30% xəstələrdə bu problemdir.


Bu, kapiltarların irsi zəifliyi ola bilər, sağlamlıq üçün ciddi təhlükə yaratmır.
Bəzən dəridə dağılmış nazik damarlardan ibarət tor 2 orqanda pozuntulardan xəbər verə bilər: qaraciyər və qalxanvari vəz.

Artıq bənövşəyi damarlar – qarında, ayaqda, qolda revmatoid artritin başlanmasından xəbər verir.


Bəzi təzyiq və hormonal dərmanlar da qadınlarda belə torlar yaradır. Əgər gəncliyinizdən bu torlar olmayıbsa, getdikcə yaranırsa, qaraciyər və qalxanvari vəzi yoxladın”.

Aygün M