Bağırsağınızı nə ilə məhv edirsiz?

  • 2024.05.17 15:19
  • 679 Baxış
Bağırsağınızı nə ilə məhv edirsiz?

Bağırsaq işlədidici, qəbizlik əleyhinə dərmanlar, çaylar bir çox risklər yaradır.

“Medicina” xəbər verir ki, rusiyalı həkim Yelena Malışeva hansı halda bağırsaqları məhv etdiyimizdən danışıb:


“Bağırsağın içində yerləşən qalıqları çıxarmaq üçün 2 yol var: tualet, defekasiya, ikinci stimulyasiya. Yəni bağırsaq əzələsini yığılıb açılmağa təhrik etmək.


Məhz stimulyatorlar öyrəşmə yaradır. Belə preparatlar aptekdə əlçatandır. Onların tərkibinə fikir vermək lazımdır. 3 qrup dərman var, bisakidol tərkibli, sennozidlər və pikosulfat natrium əsaslı.


Əslində preparatlar özlüyündə yaxşı işləyir, vəziyyəti korlayan onlardan düzgün istifadə etməyən pasiyentlərdir.


Əgər həftədə cəmi 1-2 həb yolveriləndirsə, xəstələr az qala qutu-qutu işlədici içir.

Nəticədə bağırsaq kanalında olan sinir reseptorları zəifləyir, getdikcə dərmandan “gizlənməyə” çalışır, xəstə effektin azaldığını görüb, dozanı daha da artırır.

Bu preparatlar təcili yardım üçündür, yolda, turistik səfərdə və ya yataqda hərəkətsiz olanda istifadə edilə bilər.

Normal defekasiyanı düzəltmək üçün həyat tərzi və qidalanmanı dəyişməliyik.

Mütləq qidada liflşər çox olmalıdır. Bunlar qarğıdalı, paxlalılar, göyərti və Çia toxumudur. Və mütləq 1 litr yarım təmiz. Bu qida kütləsinin öz-özünə irəlilməsini təmin edir.

Bağırsaqlarda xolesterin və toksinlər də var. Kobud liflər orda şişir və özünə bu toksinləri də yapışdırıb çıxarır.

Qarın işlədiciləri isə 2 həftədən artıq istifadə etmək olmaz, əks təqdirdə bağırsağınız məhv ola bilər”.


Aygün Musayeva