Həkimlərin xərçəng xəstələrinə ilk məsləhəti – Bu qidaları həyatınızdan çıxarın!

  • 2024.05.21 17:30
  • 894 Baxış
Həkimlərin xərçəng xəstələrinə ilk məsləhəti –  Bu qidaları həyatınızdan çıxarın!
Həkimlərin xərçəng diaqnozu qoyulan xəstələrdən tələb etdikləri ilk şeylərdən biri pəhrizi dəyişməkdir.

Onlar xəstələrinə müxtəlif qidalanma tövsiyələri verirlər. Ancaq bütün həkimlərin qidalanma mövzusunda ortaq fikrə gəldiyi yalnız bir tövsiyə var: işlənmiş qidalardan və şəkərdən uzaq durmaq lazımdır. Çünki şəkərli qidalar istehlak edildikdə bədən daha çox insulin istehsal edir ki, bu da iltihaba və xərçəngə səbəb olur. Buna görə də ekspertlər xərçəngdən qorunmaq üçün şəkərsiz qidalanmağı tövsiyə edirlər.

Medicina.az xəbər verir ki, həkimlər hər kəsə xərçəngdən qorunmaq üçün aşağıdakı qidalardan uzaq durmağı məsləhət görürlər. Təbii ki, bu tövsiyələrə əməl etməyib artıq xəstəliyə tutulanlar heç olmasa, sağalmaq üçün aşağıdakılardan vaz keçməlidirlər:

* Un məmulatları: çörək, makaron və s.

* Çipslər

* Emal edilmiş ət məhsulları: kolbasa, sosiska və s.

* Konservləşdirilmiş məhsullar

* Hazır, paketlənmiş şirniyyatlar

Bir çox araşdırmalar göstərir ki, işlənmiş ət xərçəng riskini ən çox artıran qidadır. İstənilən növ konservləşdirilmiş və ya işlənmiş ət kolon xərçənginə tutulma riskini artırır.

Mütəxəssislər 800-dən çox araşdırmanın nəticəsinə əsaslanaraq bildirirlər ki, ayda bir dəfə sosiska, kolbasa yemək olar. Çünki bu zaman bədənin lazımsız maddələri atmaq şansı olacaq. Ancaq mütəmadi olaraq zərərli qidalara məruz qalmaq orqanizmi çökdürür. Odur ki, duzlu, fermentləşdirilmiş, qurudulmuş və ya hisə verilmiş qidaları da məhdudlaşdırmağa çalışın. Unutmayın ki, süfrədə asılılıq yaradan məhsul varsa, deməli xərçəng üçün “dəvətnamə” hazırlayırsınız.

Bəzi tərəvəzlər, məsələn, kartof, yüksək temperaturda bişirildikdə akrilamid adlı kimyəvi maddə buraxır. Qidaları qızılı rəngə çalana qədər deyil, tünd qəhvəyiyə dönənə qədər bişirmək, qızartmaq da xəstəlik səbəbidir. Kartof qızartması və xüsusilə də çips kimi qidalardan mütləq şəkildə uzaq durmaq lazımdır.


Aysel