Lukaşenkonun və Putinin sevimli - “cavanlıq” salatı

  • 2024.05.30 20:34
  • 835 Baxış
Lukaşenkonun və Putinin sevimli    - “cavanlıq” salatı


Rusiya KİV-də Belorus prezidenti Lukaşenkonun kolleqası prezident Putini qonaq etdiyi eksklüziv salatı diqqət mərkəzində olub.


“Medicina” xəbər verir ki, tibb elmləri doktoru, dekan İrina Lyalina “cavanlıq” salatının tərkibi və faydalarından danışıb.


“Salat yaşıl soğan, yumurta, xama və dəniz duzundan ibarətdir. Təzə yaşıl soğan çox güclü qələvi təsir edir və orqanizmin Ph balansını tənzimləyir. Orqanizmin bütün sistemlərinin sağlamlığı üçün Ph səviyyəsi vacibdir.

Qələvi qidalar metobolik prosesləri, zülal –yağ mübadiləsini tənzimləyir, artıq kiloları azaldır.

Belə qida azı həftədə 1 dəfə profilaktik məqsədlə yeyilməlidir.
Salat iltihabi prosesləri səngidir, əhvalı yaxşılaşdırır.

Yaşıl soğanda A, C, K, B4 vitamimləri, kalsium, maqniy, fosfor, sink var.
Soğana spesifik qoxu verən flavanoid və kversetin immunmodulyatorlardır.
Kişilərdə testosteronu tənzimləyir, cinsi aktivlik yaradır.

Salatda olan təzə yumurta isə zülal və protein mənbəyidir, orqanizmin tikinti və enerji materialıdır.

Təmiz xamada olan süd turşuları bağırsaq mikroflorasını tənzimləyir”.


Aygün Musayeva