Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlar yaşlılıqda da ana ola biləcəklər - Yumurtalığı gənc saxlayan dərman

  • 2024.07.23 21:00
  • 1009 Baxış
Qadınlar yaşlılıqda da ana ola biləcəklər -  Yumurtalığı gənc saxlayan dərman
Qadınların hamilə qala bilmə müddətini beş il uzadacaq yeni dərman təyin edilib.

Medicina.az xəbər verir ki, yeni araşdırma çərçivəsində bir dərmanın qadınların daha sağlam şəkildə uzun illər yaşamasına kömək edə biləcəyi müəyyən edilib.

Belə ki, qadınların ayda 50 yumurta yerinə 15 yumurta istehsal etməsinə və bu yolla yumurtalığın qocalmasının 20 faiz azaldılmasına nail olunub.

İmmunitet sistemi üçün təyin edilən rapamisinin fərqli istifadəsi ilə bağlı araşdırma menopozla bağlı "paradiqma dəyişikliyi"nə səbəb olub.

Tədqiqat dərmanın yumurtalıqların qocalmasını yavaşlatmaq, menopozu gecikdirmək, məhsuldarlıq dövrünü uzatmaq və yaşa bağlı xəstəliklərin riskini azaltmaq üçün istifadə edilə biləcəyini göstərib.

Hazırda 35 və daha yuxarı yaşda olan 34 qadının iştirak etdiyi tədqiqatda mindən çox qadının iştirak etməsi planlaşdırılır. Məlumata görə, tədqiqatda iştirak edən qadınların sayı günü-gündən artır.

İlkin nəticələrə görə, dərman 44 əks təsirdən heç birinə səbəb olmadan qadınlarda yumurtalıqların qocalmasını 20 faiz azalda bilər.

Qadınlar hər ay təxminən 50 yumurta itirir. Rapamisinin kiçik, həftəlik dozası yumurtalıqları yavaşladır. Beləliklə, ayda cəmi 15 yumurta buraxılır. Alimlər hesab edirlər ki, bu, orqanların qocalmasını 20 faiz azaldır.

Layihənin ümumi dəyərinin bir milyon dollar olduğu və işə ən azı 12 alimin cəlb edildiyi bildirilib.

Bunun yumurtalıq yaşlanmasının mahiyyətini araşdıran və onun sürətini yavaşlatmağı hədəfləyən ilk araşdırma olduğu ifadə edilir.


Aysel