Sumqayıtda fəhlələr qazdan zəhərləndi - Açıqlama

  • 2024.07.09 13:54
  • 449 Baxış
Sumqayıtda fəhlələr qazdan zəhərləndi -  Açıqlama
Sumqayıtda qazdan zəhərlənən xəstələrin vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən Medicina.az -a verilən açıqlamada qeyd olunub ki, iyulun 8-i saat 18:20 radələrində 3 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.


"Təvəllüdləri 1989-cu il (2 nəfər olmaqla) və 1992-ci il olan pasiyentlərə naməlum qazların toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.