Yeni gözəllik trendi kor edə bilər - Həkimlərdən XƏBƏRDARLIQ

  • 2024.05.03 15:10
  • 853 Baxış
Yeni gözəllik trendi kor edə bilər -  Həkimlərdən XƏBƏRDARLIQ
“TikTok”da son günlərdə yayılan yeni gözəllik trendi bir çox qadını təhlükə altında qoyur.

Medicina.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri “pişik gözü effekti” əldə etmək üçün alt kirpiklərini tamamilə kəsir və ya cımbızla tükləri tək-tək çıxarırlar.

Bu vəziyyətin təhlükəsinə diqqət çəkən Prof. Dr. Yakup Çil bildirib ki, bütün bunlar buynuz qişada zədəyə və görmə problemlərinə səbəb ola bilər.

Bədənimizdəki bütün orqanların bir funksiyası olduğuna diqqət çəkən Çil bunları söyləyib:

“Kirpiklər göz kimi vacib orqanın bir hissəsidir. Kirpikləri açıb bağlamaq toz, mikrob və kirdən qoruyur. Eyni zamanda bu kirpiklərin kökündə yerləşən yağ vəziləri gözyaşardıcı vəzlə birlikdə göz infeksiyalarının yaranmasının qarşısını alır. Kirpikləri çıxardıqda və ya kəsdikdə gözlərimizi mühafizəsiz qoyuruq. Gözlərinizi qoruyan orqanı kəsməklə, özünüzü infeksiyaya və kirlərə qarşı həssas vəziyyətə salırsınız. Kirpiklərinizi evdə kəsirsinizsə, istifadə etdiyiniz materiallar infeksiya ehtimalını daha da artırır. Bu zaman müalicəsi mümkün olmayan və görmə qabiliyyətinizə ömürlük təsir edəcək vəziyyətlərlə qarşılaşa bilərsiniz".

O qeyd edib ki, cımbız və ya qayçını ev şəraitində gözlərə bu qədər yaxınlaşdırmaq birbaşa təhlükədir.

Həkim bu ağıl almaz trendin korluğa səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.


Aysel