31 aptekdə nöqsan aşkarlandı

  • 2026.03.04 11:00
  • 85 Baxış
31 aptekdə nöqsan aşkarlandı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında ümumilikdə 98 aptekdə yoxlama aparıb.

Bu barədə Medicina.az -a AEM-dən məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar olub.

Nəticələrə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati protokollar tərtib olunub.