Gec yemək və səhər yeməyini buraxmaq qaraciyər sağlamlığına mənfi təsir göstərə bilər.
Gec yeməyin bir sıra xroniki xəstəliklərə səbəb ola biləcəyinə dair dəlillər var. Bu, qaraciyər fibrozu riskini 60 faizdən çox artıra bilər və qaraciyəri dönməz zədələnmə riski altına qoyur.
Alkoqolsuz yağlı qaraciyər xəstəliyi heç spirtli içki içməyən insanlarda görülə bilir.
Medicina.az xəbər verir ki, hepatoloq Alla Yujnova alkoqolsuz yağlı qaraciyər xəstəliyinin (NAFLD) sirrini açıb.
Bunun əsas səbəbi, həddindən artıq yağlı qidaların qəbulundan qaynaqlanan yağ yığılmasıdır.
"Tədqiqatlar göstərir ki, səhər kalori qəbul etmək yağlı qaraciyər xəstəliyi riskini 14-21% azalda bilər. Bundan əlavə, gecə saat 22:00 ilə 04:00 arasında qidalanmanın əhəmiyyətli fibroz ehtimalını 61 faiz artırdığı aşkar edilib".
Qaraciyər fibrozu, əksər xroniki qaraciyər xəstəliklərində rast gəlinən həddindən artıq protein (kollagen) toplandıqda da baş verir.
İrəli mərhələlərdə fibroz sirroza, qaraciyər çatışmazlığına və portal hipertenziyaya səbəb ola bilər ki, bu da qaraciyər orqan nəqli tələb edə bilər.
Risklər aşağıdakılarla azaldıla bilər:
Səhər və günortadan sonra yeməklərini buraxmamaq
Səhər və günortadan sonra daha çox gündəlik kalori qəbul etmək
Gecəyarısı ilə səhər 4 arasında istənilən yeməkdən çəkinin.
Aygün Musayeva