Spiral infarkta səbəb olur? - Qadınların nəzərinə!

  • 2026.03.03 19:48
  • 277 Baxış
Spiral infarkta səbəb olur? -  Qadınların nəzərinə!

Bir çox qadınlar spiralın infarkta səbəb olmasından qorxurlar.

Bəs həqiqətən spiral infarkta səbəb olur?

Medicina.az xəbər verir ki, spiral (uşaqlıq daxili vasitə – IUD) birbaşa infarkt yaratmır. Amma bəzi hallarda risk arta bilər.



• Mis spiral (hormonsuz) – infarkt riski ilə əlaqəsi demək olar ki, yoxdur.
Hormonal spiral (məsələn, ) – tərkibində progesteron hormonu var. Bu hormonun ürək infarktı riski çox aşağıdır və kombinə edilmiş (estrogenli) doğum nəzarət həbləri ilə müqayisədə daha təhlükəsiz sayılır.

Kimlər diqqətli olmalıır?
Əgər qadında:
• yüksək təzyiq
• şəkərli diabet
• siqaret çəkmə
• artıq çəki
• tromboz (qan laxtalanması) keçmişi
• ürək-damar xəstəliyi
varsa, hər hansı hormonal vasitə başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.



Sağlam qadınlarda spiralın infarkt yaratma riski çox aşağıdır. Hətta bir çox hallarda spiral, estrogenli həblərdən daha təhlükəsiz hesab olunur.

Aygün
Medicina.az