Yorğunluğa qarşı xüsusi dieta

  • 2024.05.20 16:50
  • 502 Baxış
 Yorğunluğa qarşı xüsusi dieta

Sağlam qidalanma yorğunluq səviyyəsini azaldır, ürək-damar xəstəlikləri riskini salır, xüsusən qadınları süd vəzi xərçəngindən qoruyur.


“Medicina” xəbər verir ki, alimlər 4-cü dərəcə süd vəzi xərçəngi olan 30 qadın üzərində araşdırma aparıb.



Qadınlar 2 qrupa bölünür: bir qrup adi rasionla qidalanıb, digər qrupa yalnız bitki əsaslı – meyvə, tərəvəz, kartof, göyərti, paxlalılar verilib.

İkinci qrup ət, süd və yumurtadan tamam imtina edib.

Nəticələr göstərib ki, ikinci qrupda olan qadınlar özlərini daha yaxşı hiss edib, çəki atıb və iltihabi proseslər azalıb.

Vegetarian qidalanma bir neçə səbəbdən yorğunluğu azalda bilər. Meyvə, tərəvəz və göyərtilərdə olan mürəkkəb karbohidratlar gün ərzində tədricən enerji verir.


Bu qanda şəkərin kəskin qalxıb enməsinin qarşısını alır”.

Aygün Musayeva