Azərbaycanlı alim vəfat etdi

  • 2021.10.11 18:07
  • 2807 Baxış
Azərbaycanlı alim  vəfat etdi
Azərbaycanda alim vəfat edib.


Medicina.az xəbər verir ki, Lənkəran Dövlət Universitetinin dosenti, iqtisad elmləri namizədi Paşayev Tofiq ötən gün vəfat edib.

Paşayev Tofiq Novruz oğlu 1953-cü ildə Lənkəran rayonununda anadan olmuşdur. 1970-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun İnşaat fakultəsinin “Sənaye və mülki tikinti” ixtisasına daxil olmuş,

1975-ci ildə oranı bitirmişdir. 2003-cü ildə İqtisad elmləri namizədi alimlik dərəcəsini, 2010-cu ildə isə dosent elmi adını almışdır. Xarici ölkələrdə keçirilən elmi –praktik konfransların iştirakçısıdır. 12 elmi məqalənin, 15 tezisin, 5 fənn proqramı və 2 metodik vəsaitin müəllifidir.


Allah rəhmət eləsin!