"Azı 200 min insan öləcək"- Professordan PROQNOZ

  • 2020.03.30 11:37
  • 1786 Baxış
"Azı 200 min insan öləcək" -  Professordan PROQNOZ

ABŞ-da koronavirus qurbanlarının sayı 200 minə çata bilər.

Medicina.az xəbər verir ki, bunu Ağ Ev COVID19 ilə Mübarizə Tapşırığı Qrupunun üzvü Entoni Fausi deyib.


“Hazırda gördüyümüz tabloya baxaraq ölü sayının 100-200 min arasında olacağını söyləyə bilərəm. Amma dəqiq deyil” - Fausi bildirib.

Son məlumatlara görə, ABŞ-da 142 min 224 nəfər koronavirusa yoluxub. 2 min 485 nəfər dünyasını dəyişib. 4 min 559 nəfər virusdan sağalıb.