Bu günə yoluxma artdı

  • 2022.11.11 16:40
  • 1580 Baxış
Bu günə yoluxma artdı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 636 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 504 nəfər müalicə olunaraq sağalıb, 9 959 nəfər vəfat edib, aktiv xəstə sayı 173 nəfərdir.

Ölkədə son sutka ərzində 2005, hazırkı dövrədək isə 7 341 262 test aparılıb