Bu ölkədə meymunçiçəyinə yoluxanların sayı 1000-i keçdi

  • 2022.07.01 15:13
  • 1500 Baxış
Bu ölkədə meymunçiçəyinə yoluxanların    sayı 1000-i keçdi


Meymunçiçəyinin ilk aşkar olunduğu Böyük Britaniyada yoluxanların sayı 1000-nəfəri keçib.

Bakupost.az xəbər verir ki, son həftədə yeni yoluxanların sayı 166 nəfər olub.

Bu barədə Birləşmiş Krallığın Səhiyyə təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Yoluxanların 70%-i kişilərdir. Bu vaxta kimi cəmi 10 qadının qanında virus aşkarlanıb.

Agentlik bildirib ki, infeksiya ölkə daxilində homoseksual əlaqədə olan kişilər arasında yayılır.

Yoluxanların orta yaş həddi 30-38 yaşdır.


Aygün Musayeva
BakuPost