Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu şəxslərdən koronavirus testi götürülməyəcək - Yeni məhdudiyyət

  • 2020.11.26 20:06
  • 1559 Baxış
Bu şəxslərdən koronavirus testi götürülməyəcək -   Yeni məhdudiyyət

Simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə Medicina.az-a TƏBİB-dən məlumat verilib.


Bildirilib ki, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş həcminə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur.

Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.