Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox çay içən kişilərdə prostat xərçəngi yaranır?

  • 2024.01.24 20:43
  • 1448 Baxış
Çox çay içən kişilərdə prostat xərçəngi  yaranır?

Qlazqo universitetinin alimləri çayın kişi orqanizminə təsirini araşdırıb.

“Medicina” xəbər verir ki, alimlər çox çay içən kişilərdə prostat vəzi bədxassəli şiş riskinin artdığını sübut edib.

Maraqlıdır ki, qadın orqanizminə çay belə təsir etmir.

Müntəzəm olaraq hər gün 5 stəkandan artıq çay içən kişilərdə 50 yaşdan sonra prostat şişi riski 50% artır.

Bu araşdırma 50 ildən çox çəkib və on minlərlə insanı əhatə edib.

Bu müddətdə kişilər ən çox hansı içkini içdiklərini qeyd ediblər.

Məlum olub ki, çaya sevgi alkoqoldan da çox prostat xərçənginə təsir edir.

Çayda olan hansı birləşmənin kişi orqanizminə belə mənfi təsirini tapmaq üçün əlavə araşdırmaya ehtiyac var.

Əslində çay müəyyən qədər orqanizmə faydalıdır, amma normadan çox içmək zərər verir.

Aygün Musayeva