Daha 20 milyonluq Kovid vaksini məhv edildi

  • 2023.08.10 15:18
  • 1286 Baxış
Daha 20 milyonluq Kovid vaksini   məhv edildi
Bir çox Avropa ölkələrində pandemiyadan qalma, vaxtı keçmiş kovid vaksinlərinin məhv edilməsi prosesinə başlayıb.


"Medicina" xəbər verir ki, Estoniyada Təhlükəli Tullantıların Yandırılması Zavoduna ən azı 20 milyon avro dəyərində vaxtı keçmiş koronavirus vaksinləri göndərilib.

Ölkə Omikron ştammı dövründə kifayət qədər ehtiyat vaksin almalı olub.

Lakin son 1 ildir ki, vaksinlərə tələbat ölüb.

Vaksinlər tibbi tullantılarla birgə sobada utilizasiya ediləcək. U

3 mərhələdə 871 934 doza koronavirus peyvəndi utilizasiya ediləcək.


Aygün Musayeva