Ermənistanda daha 1 465 nəfərdə koronavirus aşkarlandı

  • 2020.10.16 11:00
  • 1322 Baxış
Ermənistanda daha 1 465 nəfərdə koronavirus aşkarlandı

Ermənistanda daha 1 465 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 61 460-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 1 046-ya çatıb. İndiyədək 47 571 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 13 919 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, ötən gün Ermənistanda 1 371 yoluxma, 7 ölüm faktı açıqlanmışdı.