Fransada kovidin yeni ştammı tapıldı - ALİMLƏR

  • 08 Yan 2022 18:12
  • 507 Baxış
Fransada kovidin yeni ştammı tapıldı -  ALİMLƏR

Marsel İnfeksion xəstəliklər institutunun alimləri ölkədə koronavirusun yeni ştamını aşkar ediblər.

Medicina.az xəbər verir ki, B1.640.2 adını alan yeni ştamm Kamerunda meydana çıxıb.

İlk dəfə onu 2021-ci ilin sonunda aşkar ediblər.

Bu ştamda 40a yaxın mutasiya birləşib. Fransada 12 nəfərin testi bu netipik mutasiyanı göstərib.

Qeyd edilir ki, kovidin yeni ştamlarının harda, necə yaranmasını öncədən təxmin etmək mümkün deyil.