Həftəsonu taksilər işləyəcəkmi?

  • 2020.11.20 16:11
  • 1414 Baxış
Həftəsonu taksilər işləyəcəkmi?

Karantin rejimində həftəsonu fərqlənmə nişanı olan taksilərin fəaliyyətinə icazə veriləcək.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilər fəaliyyət göstərə biləcək:

“Bura taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq fərqlənmə nişanı olan şəxslər də daxildir. Digərlərinin taksi kimi xidmət göstərməsi yolverilməzdir”.


Qeyd edək ki, dünən ölkə üzrə karantin müddətinin uzadılması ilə bağlı qərarda noyabrın 21-dən dekabrın 28-dək həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilsə də, bənddə taksi xidmətlərinin fəaliyyətinin qadağası göstərilməyib.