İdmançı vaksin tələb edən həkimi öldürdü

  • 2021.11.16 19:18
  • 1024 Baxış
İdmançı vaksin tələb edən həkimi öldürdü

Rusiyalı MMA döyüşçüsü Akmal Xojiyev ABŞ-ın Quam adasında Mirana Ribati adlı həkimi öldürməkdə ittiham edilərək həbs olunub.

27 yaşlı idmançı həbs olunan zaman Ribatinin cəsədinin yanında olub. Xojiyev gələn polislərə həmin şəxsi öldürdüyünü etiraf edib.

İstintaqın məlumatına görə, Ribati ilə Xojiyev arasında koronavirusa qarşı peyvəndlə bağlı mübahisə olub. Məhkəmə təqsirləndirilən şəxslərin azadlığa buraxılması üçün bir milyon dollar girov təyin edib.

Xojiyev peşəkar MMA döyüşçüsüdür. Onun hesabında bir məğlubiyyətlə üç qələbə var.

Xojiyev sosial şəbəkələrdə COVID-19-la bağlı fikirlərini abunəçiləri ilə bölüşür. İdmançı peyvəndin əleyhinədir.