İmtahana hazırlaşanlar üçün - Sakitləşdirici vasitələr

  • 2024.03.18 14:38
  • 575 Baxış
İmtahana hazırlaşanlar üçün  - Sakitləşdirici vasitələr

Həkimlərə ən çox verilən sual: imtahan stresindən necə azad olum?

"Medicina" xəbər verir ki, həm tələbə adı qazanmaq, həm də müəllim işləmək istəyənlər üçün gərgin bir dövr başlayır. İmtahan dönəminin ən rast gəlinən sualları: necə edim ki, imtahanda stresdən uzaq olum, qorxmayım, həyəcanlanmayım, diqqətim yayınmasın?


Məlumdur ki, stress və onunla əlaqəli narahatlıqlardan (məs, həyəcan və yuxusuzluq) əziyyət çəkən insanların fiziki və zehni funksiyaları zəifləyir və normal insanlarla müqayisədə iş qabiliyyətləri getdikçə daha zəif və səmərəsiz olur. Stresin yaratdığı emosional simptomlara həyəcan (təşviş), əhval dəyişikliyi, boğulma hissi, özünə inamsızlıq və s. aiddir.

Belə vəziyyətdə insanlar hətta baş verənləri idarə etmədə çətinlik çəkir, özünə nəzarəti itirir; daimi narahatlıq, diqqət, qavrama, yaddaş zəifləməsi, qərar vermədə çətinlik kimi simptomlarla üzləşir. Bütün bunlar isə imtahan nəticələrinə təsir edə bilər.

Stresi və əsəbi gərginliyi aradan qaldırmaq üçün bir sıra təbii sakitləşdirici preparatlar mövcuddur. Onların üstünlüyü - öyrəşmə verməməsi və orqanizmə əlavə təsirlərin olmamasıdır.


Bunlardan biri Almaniyanın HEEL şirkətinin NEUREXAN preparatıdır. Neurexan preparatı biotənzimləyici təsiri hesabına sinir sistemini
sakitləşdirir, fizioloji yuxu ritmini bərpa edir, qanda stress hormonunun miqdarını tənzimləyərək orqanizmin stresə qarşı reaksiyasını normallaşdırır: beləliklə, yuxusuzluğu, qorxunu, həyəcanı, narahatlığı, gərginliyi, səbrsizliyi və s. aradan qaldırır.



Neurexan preparatının əlavə təsiri, əks göstərişinin olmaması, gündüz yuxululuq verməməsi və asılılıq yaratmaması onu uzun müddət istifadə etməyə imkan verir. Həmçinin Neurexan-nı bütün yaşlarda istifadə etmək olar. Tabletin ağızdan sorulması onun istifadəsini rahat edir. Neurexan - 1 tab gündə 3 dəfə olmaqla dil altına qoyulur, yeməkdən 30 dəq əvvəl və ya 1 saat sonra. Güclü streslər və kəskin hallar zamanı gün ərzində 6 dəfə ərzində dilaltına qoyulmalıdır.