Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.
Bakupost.az xəbər verir ki, bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.
Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Hadisənin motivləri və təfərrüatları araşdırılır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.