Sükan arxasında telefon işlədənlərə xəbərdarlıq

  • 2025.10.16 09:51
  • 73 Baxış
Sükan arxasında telefon işlədənlərə xəbərdarlıq

"Sükan arxasında mobil telefondan istifadə ən təhlükəli vərdişlərdən biridir. Bu, sadəcə qayda pozuntusu deyil, məsuliyyətsizlik və həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq deməkdir".

Medicina.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

"Mobil telefondan istifadə zamanı yaranan əsas təhlükələr:

Diqqətin yayınması: Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır.

Reaksiyanın gecikməsi: Telefonla məşğul olan sürücünün reaksiyası 2–3 dəfə ləngiyir, bu isə qəfil əyləc və manevr imkanlarını azaldır.

Nəzarətin itməsi: Telefona diqqət yönəldən sürücü hərəkət zolağından çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün dəyərləndirə bilmir.

Hörmətli sürücülər!

Unutmayın, heç bir zəng və ya mesaj insan həyatından daha önəmli ola bilməz. Sükan arxasında məsuliyyətli davranış təkcə sizi deyil, yolda olan hər bir şəxsi təhlükədən qoruyur", - deyyə məlumatda qeyd olunub.