Qənirə Ataş saxta kosmetoloqa məhkəmədə qalib gəldi

  • 2025.09.23 17:45
  • 332 Baxış
Qənirə Ataş saxta kosmetoloqa məhkəmədə   qalib gəldi

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova “VMR Estetik” klinikasının kosmetoloqu Gülsüm Əliyevaya məhkəmədə qalib gəldiyini bildirib.

"Medicina" xəbər verir ki, jurnalist Gülsüm Əliyevanın həkim xalatından belə qanunsuz istifadə etdiyini vurğulayıb.


" Saxta yollarla özünü həkim adlandıran Gülsüm Əliyeva məni məhkəməyə vermişdi ki, guya ona böhtan atmışam.

Amma faktlar tamamilə əksini göstərir. Onun saxta şəkildə həkim adı ilə çıxış etməsi, gah kosmetoloq, gah da həkim adı ilə əhaliyə tibbi müdaxilələr etməsi sübuta yetirilib.


Gəncədə lisenziyasız "VMR estetik" klinikasında əməliyyatlar aparmasına dair çoxsaylı dəlillər mövcuddur.

Pasiyent Gülbəniz Bayramova məhz "VMR"də əməliyyat olunub sonra ölmüşdü. Eyni zamanda, Gülsüm Əliyevanın əsas dayağı olan Vüsal Həsənov da öz videolarında kitablarının Daxili İşlər Nazirliyinə təqdim olunduğunu iddia edirdi. Lakin rəsmi sənədlərlə sübut olunur ki, bu iddialar yalandır. Hətta onun məhkumluğu ilə bağlı da sənədlər mövcuddur və daxil olduğu polis məktəbindən xuliqanlıq etdiyinə görə qovulub. Digər sənədlər olduqca genişdir, onları da yaxın günlərdə sizinlə paylaşacağam. Aministiya qərarı ilə azadlığa çıxması isə sənəddə əks olunub.".

Medicina.az