“Tibbi sığorta haqqında” Qanuna əsasən heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər üzər icbari tibbi sığorta haqqının toplanılması 2026-cı ilədək təxirə salınıb. Həmin şəxslərin icbari tibbi sığorta haqları dövlət büdcəsi hesabına ödənilir.
“Medicina” xəbər verir ki, artıq 2026-cı ilin yanvarında bu məsələ yenə gündəmə gəlir. Bu vaxta qədər İTS-dən ölkədə hər kəs işləyən, işləməyən, rəsmi maaşı olan və olmayan yararlana bilirdi. Artıq bu limit və ya güzəşt bitmək üzrədir.
İcbari Tibbi Sığorta üzrə Agentlikdən sorğumuza bildirildi ki, 2026-cı ildən qanuna dəyişiklik olarsa, bu barədə məlumat veriləcək.
Digər gözlənilən bir məsələ süni mayalanmanın da xidmətlər zərfinə daxil edilməsi idi. Dünya praktikasında, eləcə də qonşu dövlətlərdə sonsuz ailələr üçün belə bir fürsət limitli də olsa yaradılıb. Nəzərə alsaq ki. indi ölkədə süni mayalanma proseduru 2500-3000 manat arasıdır, bu xidmətin də sığortaya daxil edilməsi çətin deyil.
Lakin İTS-dən bildirildi ki, hazırda süni mayalanma xidmətinin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulmayıb.
Aygün Musayeva