Uzunmüddətli öskürəklə bağlı şikayətlər çoxalıb - Pediatrdan məsləhət

  • 2025.10.09 17:24
  • 246 Baxış
Uzunmüddətli öskürəklə bağlı şikayətlər çoxalıb -  Pediatrdan məsləhət

Son vaxtlar uşaqlarda uzunmüddətli öskürəklə bağlı şikayətlər çoxalıb.



Medicina.az xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev bildirib.

Həkim qeyd edib ki, əgər uşaqda öskürək bir həftədən çox davam edirsə, həkimə müraciət etmək lazımdır:

"Əgər öskürək yüksək qızdırma ilə müşaiyət olunursa, gecikmədən müayinə etdirin. Südəmər yaşlı uşaqlarda qızdırma və öskürək üç gündən çox davam edirsə, fəsadların qarşısını almaq üçün dərhal həkimə aparın. Peyvəndsiz uşaqlarda tutmaşəkilli, boğucu öskürək varsa, göyöskürəyi inkar eləmək üçün yenə həkiminizə müraciət edin".

Aygün
Medicina.az