Xəstəxanada əməkdar artistə infeksiya keçib - Durumu ağırdır

  • 2025.10.16 15:56
  • 152 Baxış
Xəstəxanada əməkdar artistə infeksiya keçib  - Durumu ağırdır


Onkoloji xəstəliyə düçar olan və xəstəxanada olan Əməkdar artist infeksiyaya da yoluxub

"Atamın vəziyyəti ağırdır, təzyiqi düşüb, qızdırması çox yüksəkdir. Dünəndən bu günə səhhəti pisləşib. Həmçinin Mərkəzi Klinik Xəstəxanada infeksiyaya da yoluxub".

"Medicina" xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

O qeyd edib ki, Yadigar Muradovun müalicəsi Mərkəzi Klinik Xəstəxanada aparılır:

"Hazırda reanimasiyadadır. Əsas dərd qalıb qıraqda, infeksiya ilə mübarizə aparırıq. Bir azdan həkimlər qanını yuyacaq".

Qeyd edək ki, reanimasion xəstələr infeksiyalara həssas olduğundan adətən elə xəstəxanadaca olan bakteriya və infeksiyalara yoluxa bilir. Buna tibdə xəstəxanadaxili infeksiyalar deyilir.

Medicina.az