Uşağınız əlavə qidaya keçiddə qidanı rədd edirsə, bu, normal haldır.
Medicina.az xəbər verir ki, bunu pediatr Günay Rəsulova bildirib.
Həkimin sözlərinə görə, bu dövr alışma dövrüdür:
"Körpəniz əlavə qidanı rədd edirsə bunun səbəbi siz ona əlavə qidanı 4 ayından başlamadız deyə deyil. Əlavə qidaya başlama vaxtı 6 ay sonradır. Bəzən 6 ayından sonra körpə əlavə qidanı rədd edəndə ana günahlandırılır ki, “vaxtında deyirdik bu uşağa nəsə dadızdır”. Bu yalnış düşüncədir. Əlavə qidaya 6 ayından erkən başlamaq allergiya riskini artırır. Çünki bağırsaq baryeri 6 ayından sonra formalaşır.
İlk 6-7 ay qida ilə tanışlıq dövrüdür. Qidanı rədd edirsə, 2-3 həftə yenidən yoxlayın o zaman götürə bilər".
Pediatr deyib ki, uşaqlar əlavə qidanı 1 yaşa qədər qəbul etməyə bilərlər:
"Əgər uşaq süddən normal çəkisini alırsa, bu ciddi problem sayılmır. Amma biz uşağa qidanı təklif etməliyik. Ola bilər ki, qaşıq, çəngəllə qəbul etmir, yalnız əlimizlə qidalanır. 1 yaşdan sonra hələ də rədd edirsə, dəstək lazımdır. Uşağın qida ilə təmasına icazə verilməlidir".
Aygün
Medicina.az